Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MediaTek” dünya prosessorlar bazarında liderdir


"Counterpoint" şirkəti 2021-ci ilin birinci rübündə smartfonlar üçün ən populyar prosessor brendini açıqlayıb. Reytinqdə lider "Samsung", "Qualcomm" və "HiSilicon" kimi məşhur rəqibləri geridə qoyan "MediaTek" şirkəti olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, hesabat dövrünün yekunları üzrə "MediaTek" şirkətinin bazar payı 35 faiz təşkil edib. İstehsalçı reytinqin birinci pilləsində son üç rüb ərzində qərarlaşaraq illik 11 faiz artım nümayiş etdirib. İkinci mövqedə 29 faizlik göstərici ilə "Qualcomm", üçüncüdə 17 faiz paya sahib çıxan "Apple" şirkətləri yer alıb. Siyahıda sonrakı yerdə "Samsung" (9 faiz) qərarlaşıb. Reytinqi hər mobil platforma brendi üçün 5 faiz payla "HiSilicon" və "Unisoc" tamamlayıb.

 

"Counterpoint" ekspertlərinin "MediaTek" nümayəndələrinə istinadən məlumatına görə, şirkətin 2021-ci ilin aprelində qazancı 1,32 milyard dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 78 faiz çoxdur.

 

Nizam Nuriyev






10/06/21    Çap et