Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “5G” avadanlığının sınaqları keçirilib


“Nokia”, “Qualcomm” və “UScellular” şirkətləri “mmWave” diapazonunda yeni “5G” avadanlığının sınaqlarının nəticələrini dərc ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, testlər Nebraska ştatında “Snapdragon X55” beşinci nəsil mobil rabitə modemi və 28 giqahers tezliyində “mmWave” antenasından istifadə edilməklə aparılıb. Eksperiment millimetrlik diapazon şəbəkələrinin kənd yerinin etibarlı rabitə ilə təmini üçün ən optimal üsullardan biri kimi istifadəsinin mümkünlüyünü nümayiş etdirib.

 

Baza stansiyasından 10 km məsafədə hava ilə məlumat ötürmə sürəti 1 Qbit/saniyə, daha 1,14 km uzaqlaşdıqda isə 748 Mbit/saniyə təşkil edib. Nəticədə avadanlıq istehsalçıları ötən il Avstraliya operatorunun imza atdığı 7,3 kilometr məsafəli “giqabitlik” rekordu qırmağı nail olublar.

 

Nizam Nuriyev






11/06/21    Çap et