Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HarmonyOS” sistemli ilk planşet Çində satışa çıxarılıb


Bu gün Çində "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Huawei MatePad Pro" – dünyanın ilk "Hongmeng" planşeti satışa çıxarılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Huawei MatePad Pro" planşeti "DCI P3" rəng məkanını 100 faiz əhatə edən və "TUV" sertifikatına malik 12,6 düym diaqonallı "OLED" ekranla təchiz olunub. Təsvir ölçüsü 2560 х 1600 piksel təşkil edən panelin pik parlaqlığı 400 kandel/kvadratmetrə bərabərdir. Çəkisi 609 qram, korpus qalınlığı 6,7 mm olan qurğu 5 nanometrlik "Kirin 9000E" birkristallı sistemi üzərində qurulub.

 

Planşet məlumatların 1,6 Qbit/saniyə sürətində yüklənilməsi təmin edən "Wi-Fi 6" modulu, eləcə də məlumatların sürətli və stabil ötürülməsinə cavadeh 29 antena ilə təchiz edilib.

 

"Huawei MatePad Pro" planşetində 13 meqapikselli baş sensora, 8 meqapikselli enlibucaqlı kamera, eləcə də "3D" səhnə dərinliyi sensoruna malik ilk üçlü kamera tətbiq edilib. Bundan başqa bu, səkkiz dinamik ilə təchiz edilən ilk "Huawei" planşetidir. 10 050 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunan qurğu video göstərmə rejimində 14 saat işləyir və 40 vatlıq enerjidoldurmanı dəstəkləyir.

 

Planşetin Çində başlanğıc qiyməti 783 dollar, Avropada isə 800 avro təşkil edəcək.

 

Nizam Nuriyev

 






11/06/21    Çap et