2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonları "iOS 15" əməliyyat sistemi dəstəyi ilə təchiz ediləcək. Bu barədə iyunun 7-də keçirilən təqdimatda elan olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, smartfonlar üçün yeni əməliyyat sistemi 2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonlarından tutmuş, bütün "iPhone" modellərinədək əlçatan olacaq. Həmçinin əməliyyat sistemini 2016-cı ilin yazında təqdim edilən orijinal "iPhone SE" modelinə quraşdırmaq mümkün olacaq. Beləliklə, smartfonlar üçün nümayiş olunan proqram təminatı "iOS 14" və "iOS 13" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən bütün qurğulara quraşdırılacaq. Bundan başqa, yeddinci nəsil "iPod touch" pleyeri "iOS 15" dəstəyi ilə təchiz olunacaq.
Planşetlər üçün aktual əməliyyat sistemi beşinci nəsil "iPad" və birinci nəsil "iPad Air 2", 11 və 12,9 düymlük "iPad Pro" modellərindən başlayaraq şirkətin bütün qurğuları üçün buraxılacaq. Yeni əməliyyat sistemini dəstəkləyən qurğu kimi "iPad mini 4" modeli də qeyd olunur.
"watchOS 8" "ağıllı" saatları üçün əməliyyat sistemi "Apple Watch Series 3" modelindən başlayaraq bütün qurğularda yer alacaq. Kompüterlər üçün "macOS Monterey" adlı yeni əməliyyat sistemi 2015-ci il buraxılışlı "iMac", 2017-ci il "iMac Pro", 2013-cü il "Mac Pro", 2014-cü il "Mac mini", 2015-ci il "MacBook Pro", 2015-ci il "MacBook Air", 2016-cı il "MacBook" və ən yeni qurğularda buraxılacaq. "iOS 15" və digər əməliyyat sistemlərinin son versiyaları payızda təqdim ediləcək.
"iOS 15" və şirkətin digər məhsullarının nümayişi "WWDC-2021" konfransının ilk günündə baş tutub.
Nizam Nuriyev