Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır


Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb. Artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb.

 

Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

 

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə Nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyin “Bakı Taksi” Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

 

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.






11/06/21    Çap et