“Qabaqcıl “Samsung Galaxy S21” smartfonunda kameranın sürəti və həddən çox qızma ilə bağlı problemlər qeydə alınıb. Şirkətin texniki dəstəyi bu problemləri etiraf edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən problemlər “Exynos 2100” prosessoru ilə təchiz edilmiş smartfonun qlobal və Cənubi Koreya versiyalarında qeydə alınıb. “Samsung” şirkətinin nümayəndəsi bildirib ki, proqram təminatı xarakteri daşıyan boşluq yeniləmə vaxtı aradan qaldırılacaq.
“Samsung Galaxy S21” aparatı üçün yeni proqram təminatı versiyası kameranın işini optimallaşdıracaq. Yeniləmə, həmçinin həddən çox qızma problemini də aradan qaldırmalıdır.
Emil Hüseynov