Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti böyük tutumlu akkumulyatora malik ucuz smartfonunu təqdim edib


Cənubi Koreyanın “Samsung” şirkəti “AMOLED” displeyə və böyük tutumlu batareyaya malik ucuz “M32” modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, smartfon “MediaTek Helio G80” platforması və “Full HD ” təsvir ölçülü 6,4 düymlük “Super AMOLED” displeyə malikdir. “Samsung Galaxy M32” aparatı “One UI 3.1” interfeysinə malik “Android 11” sisteminin idarəetməsi altında işləyir.

 

Əsas kamera bloku 4 sensordan ibarətdir, əsas sensorun təsvir ölçüsü 64 mp-dir. Smartfon yaddaş kartları üçün slot, “Wi-Fi 802.11ac”, “Bluetooth 5.0”, “USB-C” portu və audioceklə təchiz edilib. Akkumulyatorun tutumu 25 vatt təşkil edir.

 

Emil Hüseynov






21/06/21    Çap et