Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
4 ildən sonra məlumatların ötürülmə sürətində son hədd bəlli olacaq
“PCİ Special İnterest Group” (PCİ-SIG) təşkilatı “PCİ Express” standartının dördüncü versiyası üzərində işləri başlayır.
“PCİ Express 3.0” spesifikasiyası 2010-cu ilin noyabrında təsdiq edilib. O, məlumatların saniyədə (8 GT/s, Giga Transfers per second) 8 milyard göndərmələrə qədər sürətlə ötürülməsi imkanını təmin edib. Bu da “PCİ Express 2.0” standartı ilə müqayisədə 60% çoxdur. İstehsalçılar energetika effektivliyinin artımına görə sürətin ikiqat artmasından imtina ediblər.
“PCİ Express 4.0” standartının spesifikasiyanın üçüncü versiyası ilə müqayisədə məlumatların ötürülməsi sürətini 2 dəfə - 16 milyard göndərmələrə qədər təmin edəcəyi, həmçinin bir sıra əlavə funksiyaların reallaşdırılacağı planlaşdırılır. “PCİ Express 4.0” hazırlanmasında AMD, “Hewlett-Packard”, İBM və “İntel” mütəxəssisləri iştirak edəcəklər. Son spesifikasiyanın 4 il ərzində təqdim ediləcəyi gözlənilir.
28/06/11 Çap et