“iPhone” istifadəçiləri “Google Maps” mobil tətbiqini təcili olaraq öz smartfonlarından silməlidirlər. “Forbes” nəşrinin jurnalisti Zak Doffman belə iddia ilə çıxış edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, jurnalist qeyd edir ki, bu proqram tərəfindən toplanılan bütün məlumatlar bilavasitə istifadəçinin şəxsiyyəti ilə bağlıdır. Bütün məlumatlar bir-biri ilə əlaqələndirilir, nəticədə şəxsi profil formalaşdırılır.
Doffmanın sözlərinə görə, “Google” şirkəti məxfilik üçün bu riskləri azaltmağa çalışır. Məsələn, proqramda "məxfilik" rejimi reallaşdırılıb və məxfilik parametrlərinə uyğun toplanılmış məlumatlar heç bir şəxs və ya hesabla əlaqələndirilmir.
"Ancaq daha ciddi məxfiliyi təmin edən bu rejim funksionallığı xeyli məhdudlaşdırır" – jurnalist deyir.
Doffman “iPhone” istifadəçilərinə alternativ olaraq “Apple Maps” proqramını quraşdırmağı tövsiyə edir.
Emil Hüseynov