Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən bahalı brend məlum olub


“Kantar” agentliyi dünyada ən bahalı brendlərin növbəti reytinq cədvəlini dərc edib. Dəyəri 683,85 milyard dollar məbləğində qiymətləndirilmiş “Amazon” şirkəti öz liderliyini qoruyub saxlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, dəyəri 612 milyard dollar olan “Apple” brendi ikinci mövqedə qərarlaşıb. 458 milyard dollar dəyərə malik “Google” şirkəti üçüncü yeri tutub, “Microsoft” isə dördüncü olub.

 

Reytinqdə ilk onluqda, həmçinin Çinin “Tencent” şirkəti, “Facebook”, “Alibaba”, “Visa”, “McDonald's” və “Mastercard” kimi şirkətlər yerləşiblər. Yenilənmiş reytinqə 13 yeni şirkət daxil edilib.

 

Emil Hüseynov






23/06/21    Çap et