Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S III” smartfonunu təqdim edəcək


“ETNews” nəşrinin məlumatına əsasən, dördnüvəli prosessorla təchiz edilmiş “Samsung Galaxy S III” smartfonu 2012-ci ilin fevral ayında “MWC” sərgisində təqdim ediləcək.

“Galaxy S III” smartfonunun texniki xüsusiyyətləri haqqında informasiya hələ  keçən yazda çıxıb. İddia edilirdi ki, smartfon 4,6 və ya 4,7 düymlü 1280x720 piksel kəskinlikli “Super AMOLED Plus” ekranı, 10 və ya 12 meqapiksel kamera, 1,5 və ya 2 QB əməli yaddaş ilə təchiz ediləcək. Əməliyyat sistemi kimi isə “Android 4.0” quraşdırılacaq.





27/12/11    Çap et