Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Stream TV Networks” yeni nəsil “3D” texnologiyasını təqdim edəcək


“Stream TV Networks” şirkəti stereoskopik təsvirin formalaşması üçün nəzərdə tutulmuş “Ultra-D” texnologiyasını hazırlayıb.

Yeniliyi “CES 2012” sərgisində təqdim edəcəklər. Texnologiya “3D” şəkli formalaşdırmağa imkan verir və ona baxmaq üçün xüsusi eynək lazım deyil. Bu halda, istehsalçı iddia edir ki, “Ultra-D” texnologiyası alınan təsvirin keyfiyyətinə görə digər “3D” sistemlərini üstələyir.

Texnologiyanın əlavə xüsusiyyətləri “CES 2012” sərgisində açıqlanacaq.“Ultra-D” texnologiyasının yeni nəsil yastıpanel “3D” televizorlarda, rəqəmli fotoçərçivələrdə, monoblok fərdi kompyuterlərdə və müxtəlif portativ qurğularda, həmçinin planşetlərdə tətbiq olunacağı güman edilir.





27/12/11    Çap et