Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni peyk rabitə kanallı seysmik stansiyalar quraşdırılıb istifadəyə verilib


Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən seysmik monitorinq sistemi yenidən qurulur, seysmik araşdırmalar daha da təkmilləşdirilir.

Bu məqsədlə 2003-cü ildən başlayaraq ABŞ-ın "Kinemetrics" şirkətindən alınmış telemetrik-peyk rabitə kanallı seysmik stansiyaların ölkə ərazisində quraşdırılıb istifadəyə verilməsi prosesi davam etdirilir.

Bu il "Qəbələ", "Həzrə", "Qobustan" telemetrik stansiyaları, həmçinin Naxçıvan Muxtar Respublikasında "Ordubad", "Şahbuz" və "Heydərabad" telemetrik stansiyaları fəaliyyətə başlamışdır.Hazırda RSXM-in ölkə ərazisində fəaliyyət göstərən telemetrik seysmik stansiyalarının sayı 31-ə çatmışdır.


 





27/12/11    Çap et