Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya şirkətləri mobil prosessor hazırlamaq üçün birləşirlər
"NTT DoCoMo" operatoru, Yaponiyanın bir sıra elektronika istehsalçıları və Cənubi Koreyanın "Samsung" şirkəti yeni nəsil smartfonları üçün mobil çip hazırlanması üçün birləşirlər.
İttifaq tərkibinə "Fujitsu", "NEC" və "Panasonic" şirkətlərinin daxil olacağı bildirilib."NTT DoCoMo" operatoru yeni bölmənin formalaşması üçün 5,8 milyon dollar pul qoyur.
Həmin məbləğ layihənin praktik olaraq reallaşdırılmasına xərclənəcək. İttifaq iştirakçılarının fikrincə, şəxsi mobil prosessorların hazırlanması onları ən azı xarici şirkətlərdən asılı olmaqdan azad edəcək.Ehtimala görə, partnyorlar tərəfindən yaradılmış prosessorların istehsalı 2012-ci ildə başlanacaq.
28/12/11 Çap et