Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk dəfə olaraq planşetlər üçün xüsusi sərt disk


“Seagate” şirkəti "dünyada ilk dəfə olaraq planşet və noutbuklar üçün təyin olunmuş xüsusi sərt disk" hazırlayacaq.
2.5 form-faktorunda hazırlanmış “Momentus Thin” daşıyıcıları 7 mm qalınlığa malikdir. Bu, onları ənənəvi fləş modulların əvəzinə incə korpusla mini- kompyuterlərə quraşdırmağa imkan verir.
“Momentus Thin” şpindelinin fırlanma sürəti 5 400 və ya 7 200 dövr/dəq təşkil edə bilər; buferin həcmi 16 MB-ə bərabərdir.
Sərt disklərin tutumu 160, 250 və ya 320 QB-dır. Müqayisə üçün bildirək ki, indiki planşet kompyuterlərin əksəriyyətinin fləş yaddaş tutumu 16 – 64 QB arasında dəyişilir.
“Momentus Thin” vinçesterləri ilə təchiz edilmiş ilk planşetlər keçən həftə elan edilmiş “Archos G9” qurğuları olub. Onlar 2 nüvəli “TI OMAP4” (takt tezliyi 1.5 QHz), “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” simsiz əlaqə adapterləri, GPS peyk naviqasiya sistemi qəbuledicisi, elektron kompas, USB və Mini-HDMI interfeysləri ilə təchiz edilib. Ekranın diaqonalı 8 və ya 10,1 düymdür.




28/06/11    Çap et