Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel” korporasiyası “Atom Cedar Trail” mikroprosessorlarının tədarükünə başlayıb
"İntel" korporasiyası bu gün daha əvvəl "Cedar Trail" kod adı ilə tanınan "Atom" prosessorları əsasında olan platformanı elan edib. Yeni platforma uzunmüddətli avtonom işə malik olan yığcam mobil qurğular yaratmağa imkan verir.
"Acer", "Asus", "HP", "Lenovo", "Samsung" və "Toshiba" şirkətlərinin yeni platforma əsasında olan qurğuları 2012-ci ilin əvvəllərində bazara çıxarılacaq.
Yeni prosessorlar yüksək dəqiqlikli (1080p) videoları emal edə bilən daxili qrafikaya malikdirlər. "İntel" korporasiyasının məlumatına əsasən, yeni "İntel Atom" əsasında olan sistemlər batareyadan 10 saat fasiləsiz işləyə bilirlər .
"İntel" korporasiyası prosessorun iş sürətini artırıb, eyni zamanda əvvəlki nəsil platforma ilə müqayisədə enerji istehlakını 20% azaldıb və bir sıra yeni funksiyalar əlavə edib: "İntel Wireless Display" və "İntel Wireless Music".
Onların sayəsində istifadəçilər simsiz əlaqə vasitəsilə sərt diskdə saxlanılan video, foto və musiqini televizor və audiosistemə ötürə bilərlər.
28/12/11 Çap et