Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” “ağıllı” televizor və “bulud” xidməti hazırlayır


Çinin “Lenovo” şirkəti yanvarın əvvəlində Las-Veqasda baş tutacaq “CES 2012” beynəlxalq istehlak elektronikası sərgisində təqdim edilməsi nəzərdə tutulan bəzi yeniliklər barədə məlumat verib.

Kompyuter istehsalçısı internetə çıxışa malik “ağıllı” (Smart TV – internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompyuter və televizorlar arasında texnoloji əlaqə) televizorların buraxılmasını təsdiq edib. “LeTV” adlandırılacaq televizorları ilk əvvəl Çin bazarında almaq mümkün olacaq. 

Televizorun buraxılması ilə paralel olaraq şirkət mobil qurğular sahiblərinə internet-kontentdən kollektiv şəkildə istifadə etmək, eləcə də istifadəçilərə öz məlumatlarını asanlıqla idarə etmək və sosial şəbəkələrdən yararlanmaq imkanı verəcək “bulud” servisini (Apple iCloud-un analoqu) də işə salmağa hazırlaşır.

“Lenovo”-nun “bulud” servisi bütün qoşulmuş qurğulardan məlumatları avtomatik sinxronlaşdıracaq, istifadəçilərə isə məlumatların saxlanılması üçün 200 giqabayt ayrılacaq. Müqayisə üçün qeyd edək ki, “Apple” şirkəti 5 giqabayt təqdim edir.





28/12/11    Çap et