Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də 340 min dollarlıq hesab


ABŞ-da populyar olan "PhoneDog" xəbərlər saytı öz keçmiş işçisini məhkəməyə verib və onu "Twitter" sosial şəbəkəsində hesab oğurluğuna görə ittiham edib.

"Noa Kravits PhoneDog" portalında 4 il işlədikdən sonra çıxıb. Bütün bu vaxt ərzində o, "@Phonedog_Noah" korporativ "Twitter" hesabının sahibi olub və bu 4 il ərzində hesab 17 mindən çox abunəçi toplayıb. Şirkət hesabı öz əməkdaşına bir şərtlə verib ki, o, vaxtaşırı material yazsın. Lakin Noa tezliklə profilinin adını "@NoahKravitz"-ə dəyişdirib.

Şirkət onu məhkəməyə verməyə qərar verib və "müştərilərin siyahısı" oğurluğunda ittiham edib. Şirkət hər bir abunəçini 2,5 dollar dəyərində qiymətləndirib, yəni iddianın ümumi məbləği 340 min dollar təşkil edir.
 





28/12/11    Çap et