Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daşkəsən və Gədəbəy də rəqəmli yayımla əhatə olundu


Respublikanın qərb bölgəsinin daha iki rayonunda - Daşkəsən və Gədəbəy rayonlarında 10 proqramdan ibarət rəqəmli yayım təmin edilib. Bu barədə “ictnews.az”-a “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, Daşkəsəndə və Gədəbəy rayonunun mərkəzində və Gərgər kəndində yerləşən telestansiyada təmin olunan yayım hətta Ermənistanın Azərbaycanla həmsərhəd olan rayonlarını da əhatə edir.

Texniki direktor  bəzi texniki tədbirlərin həyata keçirilməsi ilə yaxın vaxtlarda bütün Azərbaycanın rəqəmli televiziya yayımı ilə əhatə olunacağını bildirdi.

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.





29/12/11    Çap et