Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mikroarxitekturalı prosessorların relizi apreldə baş tutacaq


Tayvanın “DigiTimes” nəşri iddia edir ki, 2012-ci il aprel ayının 8-də “İntel” şirkəti “İvy Bridge” mikroarxitekturalı prosessorları istehsal edəcək. Cəmi 25 modelin istehsalı planlaşdırılıb.
Bütün çiplər 22 nanometr texnoloji proses üzrə hazırlanacaqlar.

“İntel” şirkətinin nümayəndələri iddia edirlər ki, yeni prosessorlar hazırkı  “Sandy Bridge” mikroarxitekturalı çiplərdən 20% daha məhsuldardır.





29/12/11    Çap et