Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəbli “eBay” vasitəsilə gitaraçını aldadıb
Amerikanın “Mastodon” qrupunun gitara çalanı Bill Kelliher iddia edir ki, alman məktəblisi “eBay” internet-hərracı vasitəsilə onu aldadıb. Musiqiçi bildirib ki, o öz gitarasını satışa qoyub. Onu alman məktəblisi 975 avroya alıb. Lakin məktəbli alətin xoşuna gəlmədiyini əsas gətirərək tezliklə pulu geri tələb edib.
“Mastodon” qrupunun həmtəsisçisi əgər məktəbli gitaranı ona verəcəksə, pulu geri qaytarmağa razılaşıb. Lakin məktəbli gitaranı verməkdən imtina edib. “EBay” şirkəti alıcının tərəfini saxlayıb və Bill Kelliheri pulu qaytarmağa razı salıb, lakin alət yeniyetmədə qalıb.
Bill Kelliher dünən bildirib ki, alman məktəblisi sadəcə gitaranı satmağa qərar verib və onu alman “eBay” hərracında 1799 dollara satışa çıxarıb.
29/12/11 Çap et