Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PandaBoard ES”: mobil qurğu istehsalçıları üçün sistem lövhəsi


Smartfon, planşet və digər portativ qurğular üçün proqram təminatı tərtibatçılarına istiqamətlənmiş “PandaBoard ES” sistem lövhəsi satışa çıxarılıb.

“PandaBoard ES” sistem lövhəsi 1,2 QHz takt tezliyində işləyən “Tİ OMAP 4460” prosessoru ilə təchiz edilib. “DDR2” yaddaşının tutumu 1 Qbayta bərabərdir; SD formatlı fləş kartlar üçün slot nəzərdə tutulub.

Sistem lövhəsi “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth” simsiz əlaqə dəstəyini təmin edən “WiLinkTM 6.0” modulu , 10/100 “Ethernet” kontrolleri, “HDMİ” və “DVİ-D” interfeysləri, “USB 2.0” portları il təchiz edilib. Lövhənin ölçüləri 114,3×101,6 mm təşkil edir; çəkisi 82 qramdır.
Sistem lövhənin qiyməti 180 dollardır.





29/12/11    Çap et