Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İltimas Məmmədov: Gələn ilin fevralınadək Naxçıvan da rəqəmli yayımla əhatə olunacaq
Respublikamızda rəqəmli televiziyanın tətbiqi istiqamətində aparılan işlər uğurla davam edir. Artıq “Rəqəmli TV” avadanlıqlarının ölkə üzrə qurulması başa çatmaq üzrədir, gələn ilin fevral ayınadək Naxçıvan MR də rəqəmsal yayımla tam əhatə olunacaq .
Bu sözləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, MTRŞ-in qərarına uyğun olaraq, hər paketdə 10 kanal olmalıdır. ”Rəqəmsal yayıma keçidi biz 2012-ci ilin ilk rübündə Bakı şəhərində ND EV yayımı düşünürük.
Eləcə də HD radionun 2012-ci ilin ilk rübündə yayımı nəzərdə tutulur. Yəqin ki, “İctimai” TV-nin HD yayıma keçidi olacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
29/12/11 Çap et