Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil iPhone smartfonu ola bilsin ki 2012-ci ilin payızında çıxacaq


Veb mənbələrin məlumatına əsasən, yeni nəsil Apple iPhone smartfonunun dizaynı tamamilə yenilənəcək.
Aparatın korpusunun arxa hissəsinin alüminiumdan hazırlanacağı bildirilib.

Məlumatlara əsasən, yeni "Ayfon"un elanı təxminən iPhone 4S smartfonunun təqdimatı ilə bir vaxta düşəcək. Qeyd edək ki, sonuncu  2011-ci il oktyabr ayının əvvəlində təqdim olunub.

Gartner analitik şirkətinin hesablamalarına əsasən, üçüncü rübdə təxminən 115 milyon smartfon tədarük edilib. IPhone smartfonunun payı 15% və ya təxminən 17,3 milyon təşkil edib.





29/12/11    Çap et