Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gözdən əlillər üçün kompyuter kursları


Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin maliyyə dəstəyi ilə “Gözdən əlillər üçün kompyuter kursları” adlı layihə həyata keçirib.
Birliyin rəhbəri Səmyar Abdullayev deyib ki, layihə görmə qüsurlu vətəndaşların internet şəbəkəsinə sərbəst çıxışının təmin edilməsi, iş axtarma və virtual ünsiyyət təcrübəsinin öyrədilməsi məqsədi daşıyıb. Bu məqsədlə gözdən əlillər üçün səsli kompyuter kursları tədrisi olub. Onun sözlərinə görə, layihə çərçivəsində qüsurlu vətəndaşlar kompyuter texnologiyaları sahəsində bilgilərə sahib olublar. 50-yə yaxın gözdən əlil kompyuter kurslarına cəlb olunub. S.Abdullayev bildirib ki, kurs iştirakçısı olan əlillər səsli proqramlar vasitəsilə artıq kompyuter texnologiyaları sahəsində ümumi bilgilərə sahibdirlər.
Qeyd edək ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin dövlət qurumları ilə əməkdaşlığının əsas hədəfi gözdən əlillərin sosial və iqtisadi həyatını yaxşılaşdırmaqdır.




28/06/11    Çap et