Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə - Bakı” "Top Volley İnternational"in finalında


İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində finalçılar müəyyənləşib. Turnirin finalçısı sırasında "Rabitə - Bakı" klubunun da adı var.
 
Yarımfinal mərhələsində Braziliyanın "Unilever" komandasını 3:0 hesabı ilə məğlub edən "Rabitə- Bakı" həlledici oyunda Fransanın "Kann" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. "Kann" isə yarımfinal mərhələsində İsveçrənin "Volero" klubunu 3:0 məğlub edərək finala vəsiqə qazanıb. Turnirə bu gün yekun vurulacaq.Xatırladaq ki, "Rabitə- Bakı" qrup mərhələsində "Kann"la görüşərək 3:0 hesabı ilə qələbə qazanmışdı.





29/12/11    Çap et