Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un planşet və smartfonun hibridi olan məhsuluna tələbat artıb


“Samsung” şirkətinin 1 milyon “Galaxy Note” nüsxəsini tədarük etməsinə 2 ay vaxt lazım olub. “Galaxy Note” smartfon və planşetin hibrididir.

“Samsung” şirkətindən bildiriblər ki, 1 milyon Avropa və Asiyaya tədarük edilib, belə ki, ABŞ-da “Galaxy Note” hələ satılmır.

“Galaxy Note”-un nailiyyətini elə uğurlu adlandırmaq olmaz. Belə ki, şirkət  1 milyon “Galaxy S” smartfonunu 3 həftə ərzində tədarük etmişdi.





29/12/11    Çap et