Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” mobil əməliyyat sistemi liderliyini saxlayır


"Google" şirkətinin "Android" mobil əməliyyat sistemi əvvəlki kimi Amerika bazarında liderlik edir.
Bu barədə "comScore" şirkətinin yeni hesabatında qeyd edilib. Cari ilin dekabr ayında "Android"in payı 46,9% təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sistemi 28,7% göstərici ilə ikinci yerdədir. Mobil qurğu istehsalçıları arasında "Samsung" şirkəti lider olaraq qalır. "LG" şirkəti ikinci yerdə, "Motorola" isə üçüncü yerdədir.





30/12/11    Çap et