Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” voleybol klubunun dünya çempionatında qələbəsinə həsr edilən marka buraxılıb


Azərmarka şirkəti Azərbaycanın qadınlardan ibarət "Rabitə Bakı" voleybol komandasının klublararası dünya çempionatında qələbəsinə həsr edilən suvenir poçt bloku buraxıb.

Azərbaycan klubu cari ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilən final turnirində Türkiyənin Vakifbank (25:15, 25:18, 25:9) klubuna qalib gələrək tarixində ilk dəfə klublararası dünya çempionu olub. 
15 min nüsxədə buraxılan markanın nominal dəyəri 1 manat təşkil edir.





30/12/11    Çap et