Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə dünyada ən böyük teleskop hazırlanacaq


Çili ərazisində yerləşən Cənubi Avropa rəsədxanasından bildiriblər ki,  2012-ci ildə dünyada ən böyük yerüstü teleskopun – “The European Extremely Large Telescope” tikintisinə başlanılacaq. 

Bu möhtəşəm elmi qurğunun tikinti planı artıq təsdiq edilib, maliyyə məsələləri də həll olunub.
Nəhəng optik teleskop Çilinin Atakama səhrasında yerləşəcək. Teleskopun tikintisi – bu, Avropanın 15 ölkəsinin birgə layihəsidir.

“European Extremely Large Telescope” və ya “E-ELT” Çilinin yüksək dağ rayonunda ekstremal quru iqliminə görə yerləşəcək, orda səma kristal kimi təmizdir. Meteoroloqların məlumatlarına əsasən, Atakama səhrasında səma ilin 320 günü tamamilə buludsuzdur.


Hal-hazırda yeni 42 metrlik optik teleskop hələ ki yalnız kağız üzərindədir. Layihə sənədləşməsinə əsasən, teleskopun çəkisi 5000 ton təşkil edəcək, o berilliumdan hazırlanmış 984 ədəd güzgüyə malik olacaq. Astronomlar əmin edirlər ki, yerüstü teleskoplardan yalnız “E-ELT” ekzoplanetləri müşahidə edə biləcək.
 





30/12/11    Çap et