Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LTE” dəstəkli “Windows” smartfonları 2012-ci ildə çıxacaq
Yanvar ayının 10-dan 13-ü tarixinədək Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “CES 2012” sərgisində “LTE” dördüncü nəsil mobil əlaqəsini dəstəkləyən “Windows Phone 7” platformasında olan smartfonlar təqdim ediləcək.
Artıq “Nokia ACE”, “HTC Radiant” və “Samsung Mendel LTE” aparatlarının hazırlandığı bildirilib. Onlar 2012-ci ilin birinci-ikinci rübündə bazara çıxarılacaqlar.
“Gartner” analitik şirkətinin hesablamasına əsasən, üçüncü rübdə təxminən 115 milyon smartfon tədarük edilib. Onlardan “Windows” aparatlarının payına yalnız 1,5% düşüb. Müqayisə üçün: “Android” smartfonlarının payı 52,5%, “iOS” aparatlarının payı isə 15% təşkil edib.
30/12/11 Çap et