Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-köşklərin qurulacağı yerlər məlum oldu


“KUR” kompyuter avadanlığı istehsalı zavodu Bakının ictimai yerlərində internet-köşklərin açılmasını planlaşdırır. Bu barədə zavodun direktoru Rizvan Osmanov məlumat verib.

Onun sözlərinə görə, bu avadanlıqların quraşdırılacağı iqtisadi cəhətdən təsdiqlənmiş məkanlar, təhsil müəssisələri, biznes-mərkəzlər,vağzallar və aeroportların gözləmə zalları və avtobus dayanacaqlarıdır. Burada universitetlər də nəzərdə tutulub.

Bu gün internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur.“WiMAX” texnologiyası üzrə yüksəksürətli İnternet şəbəkəsinə qoşulmuş bu avadanlıqlar ilkin ehtimallara görə, bir Mbit/s təşkil edən sürətlə istifadəçilər tərəfindən məlumatların tez bir zamanda əldə olunmasını təmin edir.

Avadanlıq istifadəçi tərəfindən əldə edilmiş məlumatı çap etmək üçün printerlə təchiz olunub. İnternet-köşkün iş prinsipi istifadəçi ilə İnternet şəbəkəsi arasında əlaqə yaradan internet-brauzerlə təmin olunub.

Terminala hər hansı bir məlumatın daxil edilməsi internet-köşklərin təhlükəsizliyini təmin etmək məqsədilə sındırılması qeyri-mümkün olan şəraitdə quraşdırılan klaviatura vasitəsilə yerinə yetirilir.
 





05/01/12    Çap et