Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı gənclərin 75%-i kompyuter piratlığını dəstəkləyirlər


ABŞ-da keçirilmiş sorğunun nəticəsinə əsasən, 18 yaşına qədər olan amerikalıların 75%-i və 18-29 yaş aralığında olan amerikalıların 46%-i kompyuter piratlığını normal hesab edirlər.

Qeyri-dövlət təşkilatı olan “The American Assembly” tərəfindən hazırlanmış sənəddə bildirilir ki, müxtəlif qanuni xidmətlər piratlığın səviyyəsini aşağı sala bilər. Respondentlər bildiriblər ki, qeyri-qanuni məzmundan imtina etməyə razıdılar. Lakin bir şərtlə ki, aşağı məbləğ ödəməklə ondan istifadə hüququ verilsin.





05/01/12    Çap et