Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda yeni rabitə obyektləri istifadəyə verilib


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində istifadəyə verilən yeni kənd mərkəzində Rabitə evi üçün ayrıca şərait yaradılıb. Burada quraşdırılan 600 nömrəlik elektron ATS Düdəngə və Zeyvə kəndlərində 592 abonentə xidmət göstərir.

Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq. Düdəngə kəndində əvvəllər ayrıca poçt bölməsi olmadığından sakinlər Zeyvə kəndinin poçt bölməsindən istifadə edirdilər.

Artıq kənd sakinləri bu gündən etibarən öz poçt bölmələrinin xidmətlərindən istifadə edə biləcəklər. Poçt bölməsində də işin ahəngdar qurulması üçün hər cür şərait yaradılmış, lazımi avadanlıqlar və reklam lövhələri ilə təchiz edilmişdir.

 Bütün tələblərə cavab verən yaraşıqlı iş şəraiti ilə təmin edilən rabitə evlərindən biri də Külüs Rabitə evidir. Yeni istifadəyə verilən Külüs kənd mərkəzində Rabitə evi üçün də iş otaqları ayrılıb. Burada quraşdırılan 384 nömrəlik elektron ATS 180 abonentə xidmət göstərir.

Qeyd edək ki, poçt bölmələrində məktub və banderolların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, teleqramların qəbulu və göndərilməsi, faks xidməti, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcəkdir. Poçt bölmələrində sakinlərə gələcəkdə bank xidməti də göstəriləcək.





05/01/12    Çap et