Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gədəbəydə müasir rabitə sistemi qurulur
Gədəbəy rayonunda 21 kənddə elektron ATS quraşdırılıb. Bu barədə məlumatı rayon Telekommunikasiya Qovşağının rəisi Ramin Məmmədov verib.
Onun sözlərinə görə, rayonda ATS-lərin elektronlaşdırılması işi sona çatıb. Rayonda rabitə üzrə abonentlərin sayı artıq 5700-ə çatıb.
İnternet istifadəçilərin sayında da artım müşahidə edilib. Rayon rabitəsinin Şəmkir istiqamətində TAE fiber-optik kabel xəttinə birləşməsindən sonra artıq kəndlərə də yüksəksürətli internet vermək mümkün olub.
R.Məmmədov qeyd edib ki, ötən ilin əvvəli ilə müqayisədə rayonda yüksəksürətli internet istifadəçilərin sayı iki dəfə artaraq 150-yə çatıb.Qeyd edək ki, rayonda hazırda “Aztelekom” və “Data+” olmaqla iki provayder fəaliyyət göstərir.
06/01/12 Çap et