Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Genişzolaqlı şəbəkə istifadəçilərinin sayı 3 il ərzində 350 milyon artacaq
"İHS iSuppli" şirkətinin analitikləri hesab edirlər ki, 2015-ci ilədək genişzolaqlı şəbəkə istifadəçilərinin sayı təxminən 58 faiz artacaq. Beləliklə, 2015-ci ildə "sürətli" internet istifadəçilərinin sayı 949 milyona çatacaq.
"İSuppli" şirkətinin məlumatına əsasən, 2012-ci ildə genişzolaqlı internet abunəçilərinin sayı 676 milyona çatacaq. Bu göstərici 2011-ci il ilə müqayisədə 13% çoxdur. Əsas artım Çinin (38%) payına düşəcək.
06/01/12 Çap et