Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şəbəkəsinin 45 mindən çox istifadəçisinin şifrəsi ələ keçirilib


“Ramnit” ziyanverici virusunun yenilənmiş versiyası “Facebook” sosial şəbəkəsində 45 mindən çox istifadəçinin məlumatını ələ keçirib. “EXE”, “DLL” və “HTML” genişlənməsi ilə olan fayllara hücum edən bu virus ilk dəfə 2010-cu ilin aprel ayında peyda olub. Ekspertlər məlumat veriblər ki, “Ramnit” virusu “USB Flash” vasitəsilə yayılır.

Yenilənmiş “Ramnit” virusunun qurbanları, əsasən Böyük Britaniya və Fransadan olan istifadəçilər olublar. İnformasiya təhlükəsizliyinin təminatı ilə məşğul olan “Seculert” şirkətinin məlumatına əsasən, təxminən 800 min kompyuter virusa yoluxub.





06/01/12    Çap et