Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” 5 milyon dollara iddialardan azad oldu


“Apple” korporasiyası Tayvanın kiçik “Elan” şirkətindən canını qurtarmaq üçün pul ödəməli olub. Tayvanın “Elan” şirkəti Amerika korporasiyasını patent pozuntusunda ittiham edirdi. Məhkəmə təhqiqatlarından uzaq olmaq üçün Kupertinodan olan şirkət iddiaçıya 5 milyon dollar ödəməyə qərar verib.

Sazişin şərtlərinə əsasən, artıq “Apple” və “Elan” şirkətləri bir-birlərinin  patentlərindən qanuni istifadə edə biləcəklər.





06/01/12    Çap et