Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” 70 milyard dəyərində qiymətləndirilir


“GSV Capital” investisiya fondu “Facebook” sosial şəbəkəsinin 225 min səhmini əldə etdiyini elan edib. Bu, investorlara 6,6 milyon dollara başa gəlib.
Beləliklə, bir səhm üçün orta qiymət 29,28 dollar təşkil edib və şirkətin ümumi qiymət dəyəri 70 milyard dollara yaxınlaşıb. Bu isə “Amazon” və “Hewlett-Packard” kimi şirkətlərin kapitallaşdırması ilə müqayisə edilir.
Qeyd edək ki, 2011-ci ilin əvvəlində “Facebook”un dəyəri 50 milyard dollar qiymətləndirilirdi.




28/06/11    Çap et