Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.


Cənab Həmədun Ture 2007-ci ilin yanvar ayından Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibidir. O, 2010-cu ilin oktyabr ayında ikinci dəfə 4 illik olaraq yenidən seçilmişdir.

Baş katib kimi, cənab Ture dünyaya inteqrasiya və informasiya-kommunikasiya texnologiyalarının inkişafını  vahid potensial mərkəzdən idarə edir və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün BTİ-nin vəzifələrini yerinə yetirir.

Cənab Ture Leninqrad Elektronika və Telekommunikasiya Texniki İnstitutunun Elektrik Mühəndisliyi üzrə Magistr Dərəcəsini almış və Moskva Elektronika, Telekommunikasiya və İnformatika Universitetində fəlsəfə doktoru adını almışdır. Evlidir, 4 uşağı və 2 nəvəsi var, eləcə də BTİ-nin 4 rəsmi dilində səlis danışır: ingilis, fransız, rus və ispan.


 
 Beynəlxalq Telekommunikasiya İttifaqının fəaliyyətində əsas üstünlüklər?

Bildiyiniz kimi, biz yer kürəsində yaşayan hər bir vətəndaşın genişzolaqlı rabitəyə qoşulmasını təmin edən əsas istiqaməti müəyyən etmişik. Bunun üçün genişzolaqlı rabitə xərclərinin planet əhalisinin gəlirinin ən azı 5%-inə qədər aşağı salınması lazımdır.

Bir neçə ildir ki, müdafiə etdiyim kibertəhlükəsizlik burada ikinci ən vacib istiqamətdir. Keçən ilin seçkilərində mən kibertəhlükəsizliyə xüsusi diqqət yetirdim.

Bizim üzv dövlətləri arasında potensial kibermüharibə mövcuddur və biz bu problemi aradan qaldırmalıyıq. Uşaqların kiberməkanda qorunmasına xüsusi diqqət yetirirəm.

Uşaqların onlayn müdafiəsi bir təşəbbüsdür ki, bunu mən 2009-cu ildə irəli sürmüşdüm və bu təşəbbüs böyük bir hadisədir. Uşaqların şəbəkə üzrə ən böyük istifadəçilər olmasını vurğulamaq istərdim.

Onları müdafiə etmək bizim borcumuzdur. Uşaqlar bizim malik olduğumuz ən vacib dəyərimizdir və  biz onları qorumalıyıq. Kiberməkanda uşaqları qorumaq üçün dünyanın bütün ölkələrini birlikdə işləməyə dəvət edirəm.

Əgər biz kiberməkanda uşaqları qorumaq üçün yaxşı struktur qura bilsək, o zaman həmin struktur bizim bütün dəyərlərimizi qorumaq üçün işləyə biləcək. BTİ-də biz bu il  gündəmə gətiriləcək iki əsas tədbirə xüsusi diqqət ayırırıq.

Onlardan biri spektrin bölüşdürülməsi üçün mərhələni müəyyən edəcək və yanvar ayında baş verəcək Dünya Radio Konfransıdır. Bu tədbir ona görə vacibdir ki, Rəqəmsal Genişzolaqlı Yayım Xidməti üçün 2015-ci il son vaxtdır.

Həmçinin, cari  ilin sonunda keçiriləcək Beynəlxalq Telekommunikasiya Qaydaları üzrə Dünya Konfransında Dünya Standartlaşdırma Assambleyasının konfransı nəzərdə tutulan mühüm tədbirlərdəndir. 

BTİ-nin fəaliyyətində Azərbaycanın iştirakını necə dəyərləndirirsiniz?


Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın payı bir neçə yolla yerinə yetirilir. İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir.

Bildiyiniz kimi, Azərbaycan İKT inkişafı baxımından bu ilin sentyabr ayında təqdim olunan bizim ən son "Qlobal İKT göstəriciləri" hesabatında dünyada 10 ən tez inkişaf edən ölkələrdən biri kimi qiymətləndirilir.

Mobil telefonların, genişzolaqlı rabitənin, internet istifadəçilərinə, kadrların formalaşdırılması və İKT-nin istifadəsi üzrə əsas göstəricilərə uyğun olaraq Azərbaycan ən yüksək səviyyədə qiymətləndirilir. Biz bu əməkdaşlıqla fəxr edirik.


 Siz nə üçün Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanı müəyyən etdiniz?  

BTİ və UNESCO Minilliyin Rəqəmsal Məqsədlərinin (MRM) yerinə yetirilməsi ilə əlaqədar olaraq BMT-nin fəaliyyətini genişləndirmək məqsədilə BMT-nin Baş katibi Pan Ki-Munun zənginə cavab olaraq Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanı təsis edir. Komissiya 2010-cu ilin may ayında, beynəlxalq səviyyədə genişzolaqlı rabitənin əhəmiyyətinin dəstəklənməsi məqsədilə 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş BMT-nin MRM Sammitdə qoyulan məsələlərin həyata keçirilməsi məqsədilə yaradılmışdı.

Komissiya BTİ-nin genişzolaqlı rabitənin texniki və inkişaf məsələlərində geniş yayılmış təcrübəsindən, eləcə də UNESCO-nun geniş yayılmış transformasiya "bilik cəmiyyətində" multi-linqvistik və yerli şəkildə hazırlanmış mətnlərindən faydalanır.

Lakin komissiya fəaliyyətində  cəmiyyət, hökumət, sənaye, akademiya və beynəlxalq agentlikləri təqdim edən bütün yüksəksəviyyəli liderlərə arxalanır.

Onlar bütün dünyada müxtəlif rabitə bazarlarında genişzolaqlı şəbəkələri və xidmətləri necə istifadə etmək barədə real siyasət və ticarət təcrübələrini bölüşürlər və bu sahədə toplanmış böyük təcrübəni komissiyaya təqdim edirlər.

Hökumət və sahibkarlar  bu şəbəkələri daha yaxşı inkişaf etdirmək məqsədilə strategiyaların işlənib hazırlanması üçün birgə işləyir.


Komissiya necə maliyyələşir?
 

Komissiya tam olaraq özü maliyyələşir. BTİ və ya UNESCO üzvlərindən hər hansı əlavə maliyyə ödənişini tələb etmir. Bir çox səlahiyyətli nümayəndələr və komissiyanın digər  təşkilatları Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın işini təchiz etmək üçün könüllü olaraq yardım edirlər. 
 

Minilliyin İnkişaf Məqsədləri özündə nələri ehtiva edir? 
 

Bu gün, dünya əhalisinin böyük əksəriyyəti informasiya və kommunikasiya texnologiya şəbəkələrinə və tətbiqlərinə arxalanır. Bu, o deməkdir ki, biz gündəlik işlərimizin yerinə yetirilməsində e-səhiyyə, e-təhsil, e-hökumət, e-təsərrüfat və s. vasitəsilə İKT-nin böyük gücündən istifadə edirik.

Minilliyin İnkişaf Məqsədləri (MİM) inkişaf etmiş və az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilir və mənim fikrimcə, onlar az qazanan vətəndaşlarının rifahı naminə beynəlxalq ictimaiyyətin mənəvi məsuliyyətini əks etdirir. Yalnız ona görə ki, genişzolaqlı rabitənin sıxlığı inkişaf edən və az inkişaf etmiş ölkələrdə aşağı səviyyədədir. Amma bu gün genişzolaqlı rabitəyə böyük  ehtiyac var.  






06/01/12    Çap et