Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“e-islam” adlı vahid müsəlman internet resursu yaradıla bilər


Dünya müsəlmanlarının vahid internet məkanında birləşdirilməsi ilə bağlı maraqlı xəbərlər dolaşmaqdadır. Bu barədə aparılan sosial sorğulardan da qənaətbəxş fikirlər ortalığa qoyulmaqdadır. Bu arada isə konkret bir təklif Qazaxıstanın prezidenti Nursultan Nazarbayevdən gəlib.
Belə ki, Nazarbayev vahid müsəlman internet saytı yaratmağı təklif edib. O, bu fikirləri İslam Ölkələri Təşkilatının (İÖT) Astanada keçirilən 38-ci görüşündə dilə gətirərək İÖT ölkələrinə “e-islam” adlı vahid müsəlman internet resursu yaratmağı təklif edib.
“Hazırda yeni mediaya axın müşahidə olunur” - deyən prezident İÖT-in fəaliyyətini, İslam mədəniyyətini, gənclərin İslama artan marağını əks etdirən internet resursuna ehtiyac olduğunu bildirib.




28/06/11    Çap et