Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti “Smarterphone” mobil platformasını satın alıb
Görünür, "Nokia" şirkətinə 2 mobil əməliyyat sistemi azlıq edir. "CNET" yazıb ki, Finlandiya korporasiyası Norveçin kiçik "Smarterphone" şirkətini satın alıb. "Smarterphone" şirkəti telefonlar üçün proqram platforması hazırlayır. "Smarterphone" şirkətinin nümayəndələri sazişin bağlanmasını təsdiq ediblər, lakin "Nokia" şirkəti hələ ki bu informasiyanı şərh etmir.
Tərtibatçılar iddia edirlər ki, əməliyyat sistemi elə layihələşdirilib ki, hətta ucuz telefonlarda sanki bu smartfondur kimi hiss yaransın.
07/01/12 Çap et