Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” şirkətinin sabiq rəhbəri “Lenovo”da karyera qurur
2011-ci ilin payızında “Acer” şirkətinin keçmiş icraçı direktoru Canfranko Lyançi “Lenovo” şirkətində işləməyə başladı. O, ilk əvvəl şirkətin Avropa istiqaməti üzrə konsultant vəzifəsində çalışdı. 2012-ci ilin yanvarından ona şirkətin yeni bölməsinə rəhbərlik etməyi təklif ediblər.
Yeni yaradılmış bölmə “EMEA “ adlanır. Yeni bölmənin yaradılması və Canfranko Lyançinin ora rəhbər təyin edilməsi şirkətin yenidən strukturlaşdırma strategiyasında atılmış növbəti addımdır.
07/01/12 Çap et