Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səyyar bankomatlar qurula bilər
Pensiyaların səyyar bankomatlar vasitəsilə verilməsi gözlənilir. Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, bankomatların az olduğu ucqar və dağlıq rayonlarda sakinlərin pensiyalarını almasını asanlaşdırmaq məqsədi ilə banklarla müzakirələr aparılıb.
Beynəlxalq Bank ilə müzakirələrdə bildirilib ki, dünyada səyyar bankomatlar tətbiq olunmağa başlanıb. Bankomatlar maşınların üzərində quraşdırılıb.
Belə bankomatlar dağlıq ərazilərdə istifadə olunacaq. Həmin ərazilərdə yaşayan pensiyaçılara səyyar bankomatların nə vaxt gələcəyi əvvəlcədən xəbər veriləcək ki, onlar istifadə edə bilsinlər. İlkin olaraq 3 bankomat sifariş olunub, daha sonra onların sayı artırılacaq.
Qeyd edək ki, bank xidmətlərinə başlayan “Azərpoçt”MMC də Lerik rayonunun ucqar kəndlərində pensiyaçılara xidmət göstərmək üçün post-terminallar qurub.
07/01/12 Çap et