Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pensiyaların avtomatlaşdırılmış təyinatı olacaq
Bu il Azərbaycanın sığorta-pensiya sistemində gözlənilən yeniliklərdən biri də pensiyaların avtomatlaşdırılmış təyinatı olacaq.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, aparılan tədbirlər bu prosesə artıq 2012-ci il sentyabrın əvvəlində başlamağa imkan verir.
Cari ilin 6 ayında fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 966 min 607 şəxsin və bundan sonra da qeydiyyata düşəcək digər şəxslərin 2006-cı ilədək olan stajları barədə məlumatlar toplanıb başa çatdırılacaq və bundan sonra heç bir sənəd tələb olunmadan onların pensiyaları təyin olunacaq.
Bu il digər yenilik plastik kartların DSMF-nin şöbələri tərəfindən yox, banklar tərəfindən verilməsi olacaq.
07/01/12 Çap et