Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetin "ata"sı BMT-yə qarşı çıxdı
Vinton Qrey Serf bildirib ki, internetə çıxış imkanını insanın ayrılmaz hüququ hesab etmir. Onun sözləri BMT-nin mövqeyi ilə ziddir. "Texnologiya yalnız hüquqları təmin etməyə kömək edir, lakin insanın ayrılmaz hüququ deyil" - Vinton Qrey Serf belə hesab edir.
Qeyd edək ki, onu tez-tez internetin “ata”sı adlandırırlar.O vurğulayıb ki, insanın fundamental hüquqları və konkret texnologiyaya olan hüquqlar arasında böyük fərq mövcuddur, onları qarışdırmaq olmaz.
"İnsanın yaşamaq hüququ - bu başqadır, lakin internetə çıxış imkanını onlarla bir xəttə qoymaq böyük səhvdir" - Vinton Qrey Serf bildirib.
07/01/12 Çap et