Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təyyarədə uçarkən mobil telefonlardan istifadə etmək mümkün olacaq
Bu ilin aprelindən “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələrinin göyərtəsində mobil rabitədən istifadə etmək mümkün olacaq.
Bu barədə “Azerfon” şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev məlumat verib. O deyib ki, abunəçilər bu xidmətlərdən texniki sınaqların başa çatmasından sonra istifadə edə biləcəklər.
E.Fərzəliyevin bildirdiyinə görə, layihə “Azerfon”un "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin "OnAir" şirkəti ilə imzaladığı sazişə müvafiq olaraq həyata keçirilir.
Layihənin texniki həlli “Airbus” və SİTA (Aviasiya üçün İT-həll provayderi) tandeminə əsaslanan və məxsus olan “OnAir” şirkəti tərəfindən yerinə yetirilib.
Xidmət “Airbus”un 11 və “Boeing”in 4 təyyarəsinin göyərtəsində işə salınacaq. Təyyarələrin göyərtəsində səsli rabitə xidmətləri, SMS və məlumatötürmə xidmətlərindən istifadə etmək mümkün olacaq.
Xidmətlərin qiyməti operatorun rouminq xidmətləri üzrə qüvvədə olan tariflərinə müvafiq olacaq.
07/01/12 Çap et