Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qarabağın şimal hissəsi keyfiyyətli televiziya yayımı ilə əhatə olundu


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya,  o cümlədən televiziya yayımının  yüksək keyfiyyətlə təmin olunması istiqamətində növbəti böyük yeniliyə imza atıb.

”Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasov bizimlə söhbətində bildirdi ki, birlik  tərəfindən aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsində,  habelə Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə tikilən yeni telestansiya tam gücü ilə işə salınıb.

Qeyd edək ki, yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarımızda bərpası planının tərkib hissəsidir.  





09/01/12    Çap et