Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələrinin sayı 1550-yə çatdı


 Ölkəmizdə poçt rabitəsi sahəsində sürətli inkişaf müşahidə olunur. “Azərpoçt”MMC-dən verilən məlumatda bildirilir ki, artıq regionlarda poçt şöbələrinin daha da modern üslubda -korporativ tikilməsinə başlanılıb. Hazırda müəssisə üzrə poçt şöbələrinin sayı 1550-yə yaxınlaşır.

  Qeyd edək ki, bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradır.
 





09/01/12    Çap et