Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” da prosessor istehsal edəcək?
“Google” şirkəti “Apple” təcrübəsini qəbul edə və öz markası altında mobil prosessor istehsalına başlaya bilər. Bu barədə “Google” proqramçısına istinadən “Android İnvasion” bildirib. Resursun məlumatına əsasən, şirkət hal-hazırda artıq öz ilk prosessorları və qrafik sürətləndiricilər üzərində işləyir.
“Google” şirkəti öz çiplərini yaratmaqla “Android” əsasında işləyən smartfon və planşetlərin dəstəklənməsini genişləndirməyi planlaşdırır.
09/01/12 Çap et